Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

 Hörmətli cənab Baş nazir!

Əziz qardaşım!

Van vilayətində baş vermiş zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 25 oktyabr.- S. 1.