Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncami 

 

2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətə başlamasının 90 illiyi tamam olur.

Şərqdə ilk ali musiqi təhsili ocağı kimi fəaliyyətə başladığı vaxtdan etibarən Bakı Musiqi Akademiyası ötən müddət ərzində zəngin bir yol keçmiş və milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazmışdır. Ölkəmizdə görkəmli bəstəkarlar və ifaçılar nəslinin yetişdirilməsində onun xüsusi yeri vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizdə professional milli musiqiçi kadrların hazırlanması və musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində mühüm xidmətləri olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 25 oktyabr.- S. 2.