YAP ilə
Hindistan Milli Konqresi arasındakı əlaqələrin
inkişaf perspektivləri müzakirə olunmuşdur
Hindistanın ölkəmizdəki səfiri Debnat Şau oktyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ilə görüşmüşdür.
YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Hindistan arasındakı qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüşdə, həmçinin YAP ilə
Hindistan Milli Konqresi arasında əlaqələrin
inkişafı məsələləri müzakirə
olunmuşdur.
Azərbaycan.- 2011.- 25 oktyabr.-
S. 6.