Türkdilli xalqların rəsmləri İtaliyada

 

TÜRKSOY-un İtaliyada keçirdiyi növbəti sərgi Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilib. Tədbir  İtaliyada  fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə  Florensiyanın "Auditorium al Duomo" sərgi və tamaşa salonunda keçirilib. Tədbirin açılışı mərasimində "Qrizio" qrupunın qonaqlara  Azərbaycan, qazax, türk və digər türkdilli xalqların milli rəqslərinin təqdimindən sonra qardaş Türkiyədən gələn musiqiçilərin ifasında mahnı və rəqslərimiz məharətlə  ifa edilib.

Daim  turist axını ilə diqqəti çəkən Florensiyanın bu məşhur salonunda keçirilən sərgidə Azərbaycan rəssamlarının əsərləri xüsusilə yüksək qiymətləndirilib.

 

 

Azərbaycan.- 2011.- 25 oktyabr.- S.  7.