Avstriya Respublikasının Federal
Prezidenti zati-aliləri cənab Haynts Fişerə
Hörmətli
cənab Federal Prezident!
Avstriya
Respublikasının milli bayramı münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Biz Azərbaycan-Avstriya
münasibətlərinə böyük əhəmiyyət
veririk. Bu mənada siyasi, iqtisadi və mədəni əlaqələrimizin
hazırkı inkişaf dinamikası xüsusi məmnunluq
doğurur.
Əminəm
ki, bu günlərdə ölkəmizə səfəriniz,
Bakıda keçirdiyimiz görüşlər, ikitərəfli
münasibətlərimizin gündəliyinə dair
apardığımız dəyərli müzakirələr əlaqələrimizin
daha da möhkəmlənməsinə, əməkdaşlığımızın
əhatə dairəsinin genişlənməsinə
mühüm töhfələr verəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Avstriya xalqına sülh və
rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 17 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 26 oktyabr.-
S. 1.