İzmir hərbi
hava limanında qarşılanma
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Türkiyə Respublikasına səfərə gəlmişdir.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İzmirin hərbi hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Milli geyimli qız Azərbaycan Prezidenti İlham Əliyevə gül dəstəsi təqdim etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 26 oktyabr.-
S. 1.