İzmirdə
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının birinci iclası olmuşdur
Oktyabrın 25-də İzmirdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası olmuşdur.
İclasda Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif sahələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 26 oktyabr.- S. 3.