Səfər başa çatdı

 

 Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri başa çatmışdır.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İzmirin Adnan Menderes Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

 

* * *

 

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün axşam Bakıya qayıtmışdır.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S.  5.