Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir

 

 Oktyabrın 24-də BMT Baş Məclisinin  plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir.

Hələ cümə günündən başlanangün ərzində davam edən səsvermənin əlavə mərhələləri Sloveniya və Azərbaycan arasında qalibi müəyyənləşdirə bilməmişdi. Xatırladaq ki, Azərbaycan, Sloveniya və Macarıstan Təhlükəsizlik Şurasında üzvlük müddəti başa çatan Bosniya və Herseqovinanı əvəz etmək üçün seçkiyə qatılmışlar. Gizli səsvermənin ilk mərhələsində Macarıstan digər iki rəqibinə nisbətən az səs toplayaraq mübarizədən kənarlaşmışdı. Daha sonra səsvermə Azərbaycan ilə Sloveniyanın namizədlikləri üzərində qurulmuşdu. Lakin heç biri qələbə üçün yetərsaya nail olmamışdı. Buna baxmayaraq, Azərbaycan inamla irəliləyərək lehinə olan səsləri artıra bilmişdir. Gizli səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya nümayəndəsi seçki nəticələrində əhəmiyyətli dəyişikliyin olmadığını nəzərə alaraq ölkəsi adından bəyanatla çıxış etmişdirbildirmişdir ki, indiyədək əldə edilən səsvermənin nəticələrindən BMT Baş Məclisi üzvlərinin kimə üstünlük verdikləri açıq-aydın görünür. Sloveniya nümayəndəsi onları dəstəkləyən dövlətlərin üzvlərinə minnətdarlığını bildirərək ölkəsinin namizədliyini geri götürdüyünü demişdir.

Bu addımdan sonra keçirilən səsvermənin nəticələri üçdə iki səs çoxluğu ilə Azərbaycanı qalib çıxararaq BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü müəyyən etmişdir. Azərbaycanı 155 ölkə dəstəkləmişdir. Səsvermənin nəticələri alqışlarla qarşılanmış, zalda oturan Azərbaycan nümayəndə heyəti təbrik edilmişdir.

Səsvermədən dərhal sonra AzərTAc-a eksklüziv müsahibə verən xarici işlər naziri Elmar Məmmədyarov bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik etmişdir. O, qeyd etmişdir ki, qazanılan bu böyük diplomatik uğur üçün Azərbaycan tərəfi genişmiqyaslı aparmışdır. Nazir demişdir: "Biz, ölkəmizi dəstəkləyən bütün BMT-nin üzvü olan dövlətlərə minnətdarlığımızı bildiririk. Əlbəttə ki, səsvermənin on yeddi mərhələsindən sonra qalib gələcəyimizi gözləyirdik. Artıq ötən cümə aydın idi ki, Baş Məclisin əksər üzvləri məhz Azərbaycanın namizədliyini dəstəkləyir. Sloveniya da səs fərqinin ciddi olduğunu görüb, namizədliyini geri götürdü".

E.Məmmədyarov bildirmişdir ki, gələn il səlahiyyətlərinin icrasına başlayacaq Azərbaycan üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülhsabitliyin qorunması, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması kimi məsələlər vacib olacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin gündəminə gətirilməsinə gəldikdə isə, Elmar Məmmədyarov qeyd etmişdir ki, bu, tək Azərbaycanın arzusu ilə baş verə bilməz. BMT TŞ-nin daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, RusiyaFransa da bunun üçün çalışmalıdırlar.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə Dağlıq Qarabağa dair qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrlə Azərbaycanın suveren ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrini zəbt etdikləri bölgələri qeyd-şərtsiz azad etməyə çağırmışdır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S.  7.