Rəcəb
Tayyib Ərdoğan Azərbaycanı BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi münasibətilə təbrik
etmişdir
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə "Ece" neft emalı zavodunun təməlqoyma mərasimindəki çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmişdir.
Türkiyə hökumətinin başçısı demişdir: "Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu münasibətlə təbriklərimi ifadə edirəm, xeyirli olsun deyirəm. Az müddət əvvəl biz BMT Təhlükəsizlik Şurasına üzv idik. İndi qardaş Azərbaycan bu prosesi iki il müddətində davam etdirəcəkdir. Bizim birlikdə çox uğurlu fəaliyyətlərimiz oldu və bu nəticə əldə edildi. Bir daha təbrik edirəm və nailiyyətlərin artaraq davam etməsini diləyirəm".
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 7.