Elnur Aslanov: «Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması Dağlıq Qarabağ və digər mühüm məsələlərin qaldırılmasına imkan yaradacaqdır»

 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması Dağlıq Qarabağ və digər mühüm məsələlərin qaldırılmasına imkan yaradacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 25-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir.

Şöbə müdiri vurğulamışdır ki, bu, Azərbaycanın Prezidenti İlham Əliyevin diplomatik səylərinin uğurla nəticələnməsinin bariz nümunəsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi rəsmi Bakının son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyanın uğurudur.

Respublikamızın artıq bölgədə lider dövlət olduğunu qeyd edən E.Aslanov demişdir ki, Azərbaycan qlobal müstəvidə öz sözünü deyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması ölkəmizin haqq səsinin dünya birliyinə çatdırılmasına imkan yaradacaqdır.

 

 

Azərbaycan.- 2011.- 26 oktyabr.- S.  7.