Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına seçkilərdə
qazandığı böyük zəfər
Almaniya KİV-lərində geniş
işıqlandırılmışdır
Almaniyanın televiziya və radio kanalları BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanın bu mötəbər təşkilatın üzvü seçilməsi ilə əlaqədar məlumatlar yaymışdır. Bu ölkənin nüfuzlu televiziya və radio kanalı ARD öz internet portalında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçkilərdə mübarizədə qazandığı böyük zəfəri geniş işıqlandırmışdır.
Almaniyanın NDR televiziya
və radio kanalının Nyu-York
studiyasının müxbiri Klaudia Sarre Azərbaycanın
BMT Baş Məclisinin plenar
iclasında gizli səsvermənin nəticələrinə
görə 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik
Şurasında təmsil edəcək yeni
qeyri-daimi üzv seçilməsini,
155 ölkə tərəfindən dəstəklənməsini
dövlətimizin xarici siyasətinin böyük qələbəsi
adlandırmışdır.
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 7.