Türkiyə mətbuatında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xəbərlərinə geniş yer verilmişdir

 

Türkiyənin kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xəbərləri geniş yer almışdır. 

Türkiyənin rəsmi Anadolu agentliyi və TRT kanalı Azərbaycanın dövlət bayrağı fonunda ölkəmizin bu mötəbər təşkilata üzv seçilməsi xəbərlərini yaymışlar. Xəbərlərdə qeyd olunur ki, Şərqi Avropa qrupu üzrə səsvermədə Azərbaycanın  açıq-aşkar favorit olduğunu görən Sloveniya on yeddinci tur ərəfəsində namizədliyini geri götürmüşdür.  Beləliklə, təşkilatın 193 üzvündən 155-nin səsini toplayan Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir.

"İhlas" xəbər agentliyi, "NTV" televiziyası,  "Akşam", "Samanyolu Haber", "Turkish Journal News" və digər nüfuzlu mətbuat orqanları Azərbaycanın diplomatik qələbəsinə öz səhifələri və internet saytlarında geniş yer ayırmışlar. Xəbərlərdə qeyd olunur ki, bölgədə və dünyada nüfuzlu ölkəyə çevrilmiş  Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyə üçün də əlamətdar hadisədir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S.  7.