Fəlakət bölgəsində olan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Türkiyədən vətənə qayıtmışlar

 

Fəlakət bölgəsində olan  Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin göstərişi ilə  xüsusi təyyarə ilə Türkiyədən vətənə qayıtmışlar.

AzərTAc xəbər verir ki, 17 Azərbaycan vətəndaşı oktyabrın 24-də axşam saatlarında Bakıya gəlmişdir.

Hər zaman olduğu kimi, yenə də Türkiyəyə ilk dəstəyin Azərbaycandan gəldiyini deyən həmvətənlərimiz onlara göstərilən diqqət və qayğıya, oradakı vətəndaşlarımızın geri dönmələri üçün xüsusi təyyarə göndərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2011.-26 oktyabr.- S.  9.