Azərbaycan
xilasediciləri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını
davam etdirirlər
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Türkiyəyə getmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Van şəhərində zəlzələdən zərər çəkənlərə yardımlarını davam etdirirlər.
AzərTAc xəbər verir ki, oktyabrın 25-i axşam saatlarınadək azərbaycanlı xilasedicilər 10 nəfəri xilas etmiş, dağıntılar altından 23 cəsəd çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.
Hazırda axtarış-xilasetmə əməliyyatları
davam etdirilir.
Azərbaycan.- 2011.-26 oktyabr.- S. 9.