Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Oktyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə komissiyanın 2011-ci il 14 oktyabr tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK katibi Arifə Muxtarova seçki bülletenlərinin Azərbaycan Respublikasında bəzi bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki bülletenlərinin mətninin, sayının hazırlanmasına aid tələblərin təsdiqinə dair məsələ barədə məlumat vermişdir. MSK bülletenlərin formasını təsdiq edərək qərara almışdır ki, 2011-ci il oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 1.191.541 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.
İclasda 1 saylı Şərur-Sədərək, 19 saylı Nərimanov birinci və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in
Bakı ofisinin təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan.- 2011.- 26 oktyabr.-
S. 9.