Azərbaycan
Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətlə dövlətimizin başçısını təbrik etdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-27 oktyabr.- S. 1.