Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsevi qəbul etmişdir.

Dövlət katibi Leonid Maltsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi  münasibətlə Belarus Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubuna ürəkdən qoşulduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin həyatında mühüm tarixi hadisə kimi qiymətləndirdi.

Görüşdə Azərbaycan ilə Belarus arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarusun dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 27 oktyabr.- S.  1.