Türkmənistanın
Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova
Hörmətli Qurbanqulu Məlikquliyeviç!
Dost Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasında dərin tarixi kökləri olan dostluq əlaqələrinin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 17 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 27 oktyabr.-
S. 1.