Argentina Respublikasının Prezidenti
zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə
Hörmətli xanım Prezident!
Argentina
Respublikasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən
təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətləri,
dostluq və əməkdaşlıq əlaqələrimiz
xalqlarımızın mənafelərinə uyğun olaraq
bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
Argentina xalqının rifahı naminə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 26 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.-27 oktyabr.- S. 1.