Azərbaycan UNESCO Baş Konfransının
vitse-prezidenti seçilmişdir
Oktyabrın 25-də UNESCO-nun iki ildən bir keçirilən Baş Konfransının növbəti
36-cı sessiyasının birinci
günündə Baş
Konfransın Prezidenti ilə yanaşı, qurumun elektoral qruplarından vitse-prezidentlərinin
seçkisi keçirilmişdir.
Azərbaycan da qurumun vitse-prezident vəzifəsinə seçilmişdir.
Ölkəmizin Almaniya,
ABŞ, Çin, Fransa
kimi dünyanın aparıcı dövlətləri
ilə bir sırada UNESCO-nun ən mötəbər və mühüm qurumuna vitse-prezident seçilməsi
Azərbaycanda
bütün sahələrdə
gedən inkişafın
və birinci xanımın,
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
yüksək fəaliyyəti
sayəsində ölkəmizlə
qurum arasında yaranmış əlaqələrin bariz göstəricisidir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2011.- 27 oktyabr.-
S. 3.