Azərbaycan ilə Gürcüstan arasında dostluqstrateji əməkdaşlıq əlaqələri mövcuddur

 

Oktyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Regional enerjiinfrastruktur layihələrində mövcud tərəfdaşlığın davam etdirilməsinin iki dövlətin inkişafı və rifahında rolu xüsusi vurğulanmışdır. Ölkələrimiz arasında dostluqstrateji əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan E.Məmmədyarov qeyd etmişdir ki, siyasiiqtisadi baxımdan Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə qonağa ətraflı məlumat verdiyini deyən E.Məmmədyarov bildirmişdir ki, bu problemin həll olunması üçün əvvəlcə erməni qoşunları Azərbaycanın işğal edilmiş ərazilərdən çıxarılmalıdır.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xalqımızın qələbəsi adlandıran E.Məmmədyarov vurğulamışdır ki, bu zəfərin dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etməsi çox sevindirici haldır.

Bu böyük qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən Q.Vaşadze belə bir tarixi anda Bakıda olduğundan məmnunluğunu bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini şərh edən gürcüstanlı nazir demişdir: "Cənubi Qafqaz vahid bir orqanizmdir, onu parçalamaq olmaz. Hər üç müstəqil ölkə anlamalıdır ki, biz bir qayıqdayıq. Bizim suverenliyimiz qırılmaz surətdə bir-birinə bağlıdır".

Q.Vaşadze vurğulamışdır ki, münaqişənin həll prosesinin əsasında beynəlxalq hüququn normaları və prinsipləri dayanmalıdır.

Gürcüstanlı nazir görüşdə regiondakı vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu demişdir.

 

 

Azərbaycan.- 2011.-27 oktyabr.- S.  3.