Almaniya Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsini alqışlayır
Almaniya Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsini alqışlayır. AzərTAc
xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı
səfiri Herbert Kvelle söyləmişdir. Diplomat demişdir:
"Bu, dünya səhnəsində Azərbaycanın
nüfuzunun bundan sonra da möhkəmlənməsinə xidmət
edəcəkdir. Almaniyanın özü də bir ildən
yuxarıdır BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvüdür və
ümidvarıq ki, bu qurum çərçivəsində Azərbaycanla
əməkdaşlığımız səmərəli olacaqdır".
Azərbaycan.- 2011.- 27 oktyabr.-
S. 5.