Amanda Pol: Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsinin çox böyük əhəmiyyəti
vardır
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək istəmir. Təəssüf ki, beynəlxalq birlik bu problemə lazımi diqqət yetirmir.
AzərTAc xəbər verir ki, bu fikri Bakıda Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol səsləndirmişdir.
Ekspert vurğulamışdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin çox böyük əhəmiyyəti vardır. Azərbaycan bu kürsüdən Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətə təsir göstərmək üçün istifadə edə bilər.
A.Pol demişdir: "Görünür ki, Ermənistan
status-kvonu saxlamaq istəyir. Bu da
Azərbaycan və beynəlxalq birlik
üçün qəbuledilməzdir.
Ümidvarıq ki, beynəlxalq birlik, münaqişəyə
lazımi diqqət yetirib öz qəti mövqeyini bildirəcəkdir".
Azərbaycan.- 2011.-27 oktyabr.- S. 5.