Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Uruqvay səfirliyinə etiraz məktubu göndərmişdir

 

 Mətbuatdan məlum olduğu kimi, Uruqvayın xarici işlər naziri Luis Almagro 2011-ci il sentyabrın 9-da "Ermənistan-Uruqvay ikitərəfli münasibətlərində imkanlar və problemlər" mövzusunda keçirilmiş konfrans zamanı "Dağlıq Qarabağın Ermənistanın tarixi hissəsi və Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli kimi onun Ermənistanla birləşdirilməsinin ən uyğun yol olduğunu" bildirmişdir. Bununla bağlı Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi cari ilin oktyabrında Uruqvayın Almaniyadakı səfirinə etiraz məktubu ilə müraciət etmişdir. Məktubda bildirilir ki, xarici işlər nazirininbir siyasətçinin bu cür ifadəsi düşünülməmiş addımdır. Ölkəsini xaricdə təmsil edən siyasətçi şəxsi hisslərə deyil, tarixi faktlara əsaslanmalıdır. Məktubda BMT-nin, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dair qəbul etdiyi qətnamələr haqqında məlumat verilmişdir.

Məktubda 20 ildən bəri davam edən münaqişənin tarixi, onun səbəbləri və hazırkı vəziyyəti haqqında məlumat verilmiş və Ermənistanın Azərbaycan ərazilərini 1993-cü ildən bəri işğal altında saxladığı, Xocalı faciəsində yüzlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyiitkin düşdüyü bildirilmişdir. Xarici işlər naziri Luis Almagro ifadəsinin münaqişə qurbanlarının ruhuna istehzası kimi qəbul edildiyi qeyd olunmuşbildirilmişdir ki, bu addım xalqlar arasında qarşılıqlı anlaşmaya nəinki xidmət edə bilməz, həmçinin Azərbaycan Respublikası və Uruqvay arasında siyasi münasibətlərə mənfi təsir göstərər.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-27 oktyabr.- S.  6.