«Sosial
sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının
Milli Məclisi qərara
alır:
"Sosial
sığorta haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1997, ¹ 5, maddə 348; 1999, ¹ 11, maddə 609; 2000, ¹ 11, maddə
776; 2001, ¹ 9, maddə 576, ¹ 12, maddələr 733, 736; 2002, ¹ 12,
maddə 706; 2004, ¹ 7, maddə 505, ¹ 12, maddə 976; 2005, ¹ 1,
maddə 2, ¹ 12, maddə 1082; 2006, ¹ 11, maddə 923, ¹ 12, maddə
1018; 2007, ¹ 1, maddə 4, ¹ 12,
maddə 1193; 2008, ¹ 2, maddə 49, ¹ 4, maddə 254, ¹ 6, maddə
462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 970; 2010, ¹ 4, maddə
276, ¹ 11, maddə 949) 6-cı maddəsində
aşağıdakı dəyişikliklər edilsin:
1.
birinci hissənin doqquzuncu abzasının sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və hissəyə aşağıdakı məzmunda
onuncu abzas əlavə edilsin:
"işsizlik
müavinəti.";
2.
dördüncü hissə çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2011-ci il
Azərbaycan.- 2011.-28 oktyabr.- S. 2.