«Məşğulluq haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə» Azərbaycan Respublikasının 2011-ci il 30
sentyabr tarixli 209-IVQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Məşğulluq haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 30
sentyabr tarixli 209-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1.1.
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Məşğulluq
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2011-ci il 30 sentyabr tarixli 209-IVQD nömrəli Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli
aktların "Məşğulluq haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 30
sentyabr tarixli 209-IVQD nömrəli Qanununa
uyğunlaşdırılması ilə bağlı tədbirlər
görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 26 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.-28 oktyabr.- S. 1.