Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması,
yerləşdirilməsi və
idarə edilməsi haqqında Qaydaları»nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli, 511 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹6, maddə
409, ¹12, maddə 753; 2005, ¹3, maddə 160) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması,
yerləşdirilməsi və
idarə edilməsi haqqında Qaydaları"nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.2.1-ci
yarımbənd aşağıdakı
redaksiyada verilsin:
"2.2.1.
Neft Fondunun investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları,
Almaniya Federativ Respublikası, Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı,
Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin,
Rusiya və Türkiyənin, həmçinin
uzunmüddətli öhdəliklər
üzrə "A" (Standard ənd Purz, Fiç) və ya "A2" (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.
Bu yarımbənddə nəzərdə tutulmayan
ölkələrin valyutalarında
ifadə olunmuş aktivlərə Neft Fondunun investisiya portfelinin vəsaiti yalnız həmin valyutaların ABŞ dollarına
qarşı məzənnə
dəyişkənliyi riskinin
minimuma endirilməsi (hecinq) şərtilə yerləşdirilə bilər.
Valyutaların investisiya
portfelində müvafiq
xüsusi çəkiləri
Neft Fondunun investisiya siyasəti ilə müəyyən edilir.".
2. 2.2.2-ci
yarımbəndin ikinci
cümləsində "bu
qaydaların 2.2.1-ci yarımbəndi"
sözləri "Neft
Fondunun investisiya siyasəti" sözləri
ilə əvəz edilsin.
3.
3.1.3-cü yarımbəndə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Cəlb edilən xarici menecerin özünün və ya onun əsas
təsisçisinin kredit
reytinqi investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və
ya Fiç və ya Mudiz)
aşağı olmamalı
və ya onun aktivlərin idarə edilməsində
5 ildən az
olmayan müsbət təcrübəsi və yaxud dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az
olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.".
4. 3.2-ci bəndin birinci yarımbəndinin birinci abzasından "minimum" sözü
çıxarılsın.
5.
3.3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
"3.3. Valyuta vəsaitinin yerləşdirilməsi (investisiya
istiqamətləri)
Bu qaydaların 2.1-ci (bu qaydaların 3.3-cü bəndinin
birinci yarımbəndinin
səkkizinci abzası
ilə müəyyən
edilən hallar istisna olmaqla) və 3.4-cü bəndləri
ilə ziddiyyət təşkil etməmək
şərtilə Neft
Fondunun investisiya portfelinə aşağıdakı
aktivlər daxil ola bilər:
mərkəzi (milli), kommersiya
banklarındakı və
digər maliyyə təsisatlarındakı depozitlər;
investisiya
dərəcəli kredit
reytinqinə (Standard ənd
Purz və ya Fiç və
ya Mudiz) malik dövlətlərin,
dövlət təsisatlarının,
beynəlxalq maliyyə
təşkilatlarının, kommersiya təşkilatlarının
və digər qurumların borc öhdəlikləri;
dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq
maliyyə təşkilatlarının,
kommersiya təşkilatlarının
və digər qurumların investisiya dərəcəli kredit reytinqinə (Standard ənd
Purz və ya Fiç və
ya Mudiz) malik borc öhdəlikləri;
beynəlxalq nüfuzlu səhm
bazarı indekslərinə
daxil olan səhmlər;
pay fondlarının, o cümlədən
alternativ investisiya fondlarının səhmləri
(payları);
London Qiymətli Metallar Bazarı İştirakçılarının
Assosiasiyası tərəfindən
tətbiq edilən tələblərə uyğun
olan qızıl külçələr;
daşınmaz əmlak;
investisiya
portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri-investisiya
reytinqinə malik, lakin reytinqi
"BB-"
(Standard ənd Purz, Fiç) və ya "Ba3" (Mudiz) kredit reytinqindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı
depozitlər. Bu halda Neft Fondunun valyuta
vəsaiti üzrə
hesablar açılan,
beynəlxalq maliyyə
bazarlarında tərəf
müqabili olan və Neft Fonduna
qiymətli kağızlar
üzrə depozitar xidmətləri göstərən
banklar və digər maliyyə təsisatları qeyri investisiya reytinqinə (reytinqi "BB-" (Standart
ənd Purz, Fiç) və ya "Ba3" (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.".
6. 3.4.1-ci
yarımbənddən ", o cümlədən qiymətli
metalların və daşların, hər hansı daşınmaz əmlakın, malların"
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 28 oktyabr.- S. 1.