2010-cu il dekabrın 10-da Moskva şəhərində imzalanmış «Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Müqaviləsi»nin təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2010-cu il dekabrın 10-da Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış "Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Müqaviləsi" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən Müqavilənin müddəalarının həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Müqavilənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 28 oktyabr.- S.  2.