1992-ci il avqustun 11-də imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə»nin təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 1992-ci il avqustun 11-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Müqavilənin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Müqavilənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 28 oktyabr.- S. 2.