Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli
70 nömrəli Fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»də
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 3, maddə 162, ¹7, maddə 533, ¹12, maddə 983; 2010, ¹2, maddə 80, ¹10, maddə 851) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 8.2.10-1-ci yarımbəndində "qiymətli kağızların idarə olunması üzrə peşəkar" sözləri "aktivlərin idarə edilməsi üzrə" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 28 oktyabr.- S. 2.