Çexiya Respublikasının Prezidenti zati-aliləri cənab Vatslav Klausa

 

 Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu ilin may ayında ölkəmizə səfəriniz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, dostluq əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yeni təkan vermişdir.

Əminəm ki, istər ikitərəfli qaydada, istərsə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.-28 oktyabr.- S.  1.