2011-ci il iyunun 29-da Bakı şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli
Sosial Sığorta Kassası arasında məcburi dövlət
sosial sığortası sahəsində əməkdaşlıq
haqqında Protokol»un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il iyunun 29-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 26 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 28 oktyabr.- S. 2.