Azərbaycanda bir neçə proqram icra edilir, hər birinin təməlində isə icra mexanizmləri, maliyyə resursları var
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında söyləyib
"Ünvanlı sosial yardım aparılır. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın".
İlham Əliyev
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ölkənin gələcək inkişaf istiqamətlərinə nəzər salmaq baxımından da olduqca mühüm bir tədbir idi və burada qaldırılan məsələlərə əsasən inamla demək olar ki, bu istiqamətdə görülən və görüləcək işlər arasında əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması həmişəki kimi dövlətin prioritet vəzifələrindən biri olaraq qalmaqdadır.
Son illər bu istiqamətdə atılan addımlar, görülən işlər diqqətəlayiqdir. Artıq son 7 ildə yoxsulluq həddində yaşayanların sayı 5 dəfəyədək azalıb və bu rəqəmin get-gedə aşağı düşəcəyi də proqnozlaşdırılır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün görülən tədbirlər kompleks xarakter daşıyır, yəni bir çox sahəni əhatə edir. Bu, həm iqtisadi tərəqqi, həm siyasi sabitlik, həm də kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, müxtəlif texnikanın alınması və onun güzəştli şərtlərlə icarədarlara çatdırılması, gübrə və yanacağın ən münasib qaydalarla fermerlərə, iş adamlarına paylanmasını və digər məsələləri əhatə edir. Ölkənin ümumi inkişafını - böyük infrastruktur layihələrini, elektrik xətlərinin və yeni yolların çəkilməsini də buraya əlavə etsək, görülən işlərin ümumi mənzərəsi göz önündə canlanar.
Son doqquz ayda regionlarda
74 min yeni iş yeri açılıb, onlardan 50 mini daimidir. Ümumilikdə son illər
ərzində açılan
iş yerlərinin sayı 1 milyona yaxındır.
Bu il qəbul
olunan proqramlar arasında ikisi xüsusi fərqlənir. - "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
və "Bakı və Bakıətrafı
qəsəbələrin sosial-iqtisadi
inkişafı" proqramları.
İkinci proqram daha qısamüddətlidir - 2011-2013-cü illəri əhatə edir. Hər iki proqramın
icrası sosial problemlərin də həllinə birbaşa təsir göstərir.
Dövlət başçısı
bu və digər məsələlərə
toxunarkən xüsusi
vurğulayır: "Yenə
də deyirəm ki, bu məqsədlərə
çatmaq üçün
biz son illər ərzində
çox gərgin işləmişik. Azərbaycanda bir neçə proqram icra edilir.
Hər bir proqram konkret
məna daşıyır.
Heç
bir proqram, sadəcə olaraq, hansısa bir niyyət, şüar xarakteri daşımır.
Hər bir proqramın təməlində
icra mexanizmləri, maliyyə resursları və düşünülmüş
iş cədvəli vardır".
Sosial məsələlərin həlli
də icra mexanizmi, maliyyə resursu və iş cədvəli tələb edən vacib məsələlərdəndir.
Son vaxtlar dövlət
büdcəsindən maliyyələşən
təşkilatlarda əməkhaqlarının
artırılmasını, eləcə də təqaüdçülərin pensiya təminatının
yaxşılaşdırılmasını
bu sahədə böyük bir addım saymaq olar. Xüsusilə iyulun 1-dən 2006-cı ilə kimi pensiyaya
çıxmış vətəndaşların
- 900 minə yaxın vətəndaşın orta
pensiyasının təxminən
40 faiz artırılması
təqdirəlayiqdir. Bütövlükdə 9 ay
ərzində respublikamızda
pensiyanın səviyyəsi
35 faiz artıb. Dövlət başçısının
qeyd etdiyi kimi: "Bu çox böyük göstəricidir,
çox böyük nailiyyətdir, çox ciddi addımdır və yaşlı nəslin maddi cəhətdən daha da yaxşı təminatı üçün
vaxtında atılmış
çox düzgün
və ədalətli bir addımdır".
Ümumiyyətlə, dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda bütün
bunlar analoqu olmayan bir addımdır.
O səbəbdən ki,
həmin çətinliklər
üzündən bir sıra ölkədə təqaüdlər kəsilir,
maaşlar, yardımlar
azaldılırsa, bizdə
əks proseslər gedir.
Əhalinin sosial müdafiəsinin
gücləndirilməsindən danışarkən maaş artımını
da unutmaq olmaz. İnsanların maaşı və
pul gəlirləri ölkənin artan iqtisadi gücünə və tempinə əsaslanır. İndi
ölkədə orta pensiya səviyyəsi 190, orta maaş
isə 450 dollardır.
Ümumiyyətlə, sosial
cəhətdən ən
az müdafiə
olunan vətəndaşlara
ünvanlı sosial yardım göstərilməsi
dövlətin prioritet
vəzifələrindəndir. Bu proqrama əsasən,
respublikamızda 113 min ailə
hər ay vəsati alır və bu vəsaitin həcmi hər bir ailə üçün
102 manat səviyyəsindədir.
Bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclas ölkəmizin həyatında baş verən müsbət dəyişikliklərin dinamikasını
izləmək baxımından
da olduqca əhəmiyyətlidir. Dövlət
başçısının yekun nitqində bildirdiyi kimi: "Bir sözlə, planlarımız çoxdur.
Hər bir sahə üzrə
konkret işlər aparılır. Əminəm ki, ilin sonuna
qədər bütün
vəzifələr icra
ediləcək və artıq gələn il bizi gözləyən
işlərlə indidən
məşğul olmağa
başlamalıyıq".
Bəli,
Azərbaycan iqtisadiyyatı
və siyasi həyatı öz gücü və miqyası
ilə bərabər,
humanistliyi ilə də fərqlənir. Bu, uşağa, qadına,
qocaya - hər kəsə yönəli bir siyasət və iqtisadi xətdir.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-28 oktyabr.- S. 3.