Rasim Musabəyov: Azərbaycanın BMT
Təhlükəsizlik Şurasının üzvü
seçilməsi böyük diplomatik qələbədir
"Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi böyük diplomatik qələbədir".
Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov
deyib.
R.Musabəyov
bildirib ki, quruma üzvlük məsələsi ilə
bağlı bir çox dövlətlər Azərbaycanın
yanında olublar və ölkəmizlə bu uğuru
bölüşürlər. "O ki qaldı Azərbaycana xor
baxan dövlətlərə, onlar BMT TŞ-nin
üzvlüyü üçün keçirilən səsvermənin
nəticələrini öz siyasətlərində, öz
yanaşmalarında nəzərə almağa məcbur
olacaqlar. Bu səsvermə ərəfəsində Azərbaycan
bir çox dövlətlərlə fəal dialoqda idi. Hesab
edirəm ki, BMT-də Dağlıq Qarabağla bağlı qətnamə
səsverməyə çıxarılanda da bu fəaliyyət
həmin sənədin qəbulunda öz müsbət təsirini
göstərəcək", - deyə politoloq
vurğulayıb.
Azərbaycan.- 2011.- 28 oktyabr.- S. 4.