Nəvaz Şərif: Azərbaycanın və Pakistanın BMT Təhlükəsizlik Şurasında regional və beynəlxalq problemlərin həllinə töhfə verəcəklərinə inanıram
Türkiyədə səfərdə olan Pakistanın sabiq Baş naziri və Ana Müxalifət Partiyasının sədri Nəvaz Şərif AzərTAc-ın xüsusi müxbirinin suallarını cavablandırmışdır.
İki dost ölkə - Azərbaycanın və Pakistanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı Nəvaz Şərif demişdir: "Mən dost Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Bu mötəbər təşkilata üzvlük ölkələrimiz üçün əlamətdar hadisədir. Azərbaycanın və Pakistanın BMT Təhlükəsizlik Şurasında regional və beynəlxalq problemlərin həllinə töhfə verəcəklərinə inanıram".
N.Şərif Pakistan
hökumətinin başçısı olduğu
illərdə dahi siyasətçi Heydər
Əliyevlə görüşlərini də
xatırlatmış, beynəlxalq məsələlərdə
Azərbaycan ilə Pakistanın mövqelərinin
üst-üstə düşdüyünü
qeyd etmişdir.
Pakistanın Azərbaycanın ərazi bütövlüyünü
daim dəstəklədiyini deyən siyasətçi
ölkələrimiz arasında bundan sonra da BMT və digər
beynəlxalq təşkilatlarda əməkdaşlığın
gücləndirilməsinin vacibliyini
vurğulamışdır.
Azərbaycan.- 2011.- 28 oktyabr.- S. 4.