Egemen Bağış: Qardaş
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyəni sevindirmişdir
Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə naziri Egemen Bağış demişdir ki, qardaş Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyəni sevindirmişdir.
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın bu böyük qələbəsi münasibətilə Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını təbrik etdiyini xatırladan Egemen Bağış demişdir ki, tərəqqi yolu ilə inamla addımlayan Azərbaycanın BMT Təhlükəsizlik Şurası kimi mötəbər təşkilata üzv seçilməsi onun beynəlxalq nüfuzunun artdığının göstəricisidir. Keçən iki il ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Türkiyə bu təşkilatda Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Türkiyəli nazir bildirmişdir ki, Azərbaycanın da üzvlüyü dövründə Türkiyə ilə əməkdaşlıq yüksək səviyyədə olacaq və ölkələrimizin problemlərinin həlli istiqamətində birgə fəaliyyət davam edəcəkdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 5.