Amayak Ovanisyan: Azərbaycanın
BMT-nin Təhlükəsizlik
Şurasının üzvü seçilməsi
Ermənistan XİN-in iflasıdır
Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan bildirib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi erməni diplomatiyasının bağışlanılmaz uğursuzluğu, Ermənistan XİN-in iflasıdır.
APA-nın verdiyi xəbərə
görə, o deyib ki, Ermənistan XİN Azərbaycanın
seçilməsinin qarşısını almaq
üçün əlindən gələni
etməli idi. Ovanisyan deyib: "Həlledici olan
növbəti iki il ərzində
bu səhvin acı nəticələrinin şahidi olacayıq". Bu
uğursuzluğun məsuliyyətini şəxsən
Ermənistan XİN-in
başçısı Edvard
Nalbandyanın daşımalı olduğunu
deyən politoloq vurğulayıb: "O, istefa verməlidir".
Azərbaycan.- 2011.-28 oktyabr.- S. 5.