Azərbaycan
diasporunun nümayəndələri ölkəmizin RF-dəki
səfiri və Leninqrad vilayətinin rəhbərləri ilə
görüşmüşlər
Rusiyanın Şimal paytaxtında Leninqrad vilayətinin Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Leninqrad vilayətinin vitse-qubernatoru Aleksandr Kuznetsov və "Yedinaya Rossiya" partiyasının seçki qərargahının rəhbəri, regional siyasi şurasının katibi Aleksandr Xudilaynenlə görüşü olmuşdur.
Vilayətin 18 rayonunun hamısını təmsil edən Azərbaycan diasporu fəallarının iştirakı ilə keçirilən görüşdə burada yaşayan azərbaycanlıların həyat və fəaliyyətinin, Azərbaycan diasporunun hakimiyyətin bütün qolları, o cümlədən bələdiyyələr, qanunverici məclislər və sairlə qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılmasının aktual məsələləri müzakirə olunmuşdur.
Diasporun fəalları çıxışlarında müasir Rusiya cəmiyyətində millətlərarası və konfessiyalararası münasibətlərin ahəngdarlığının, vətəndaş sülhünün və həmrəyliyinin təmin edilməsinin əhəmiyyətini vurğulamışlar.
Diaspor nümayəndələri Rusiya Federasiyası Dövlət Dumasına qarşıdan gələn seçkilərdə "Yediyana Rossiya" partiyasını və Ümumrusiya Xalq Cəbhəsini dəstəkləyən müraciətin qəbul olunması təşəbbüsünü irəli sürmüşlər. Məsələn, Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyətinin sədri, Smolnı Universitetinin rektoru, professor Heydər İmanovun və digər fəalların fikrincə, Rusiya azərbaycanlılarının bu seçimini müəyyənləşdirən səbəb budur ki, azərbaycanlılar həmin siyasi qüvvələrə Rusiya cəmiyyəti və dövləti üçün mühüm olan millətlərarası sülhü, öz vətəndaş hüquq və azadlıqlarını tam mənada gerçəkləşdirmək imkanını, sabitliyin bərqərar olunmasına zəmanəti, çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətinin həmrəylik və qarşılıqlı anlaşma şəraitində davamlı demokratik inkişafını təmin edən real qüvvə kimi baxırlar.
Tədbirin rəsmi hissəsindən sonra
Sankt-Peterburq Azərbaycanlıları
Cəmiyyətinin sədri Heydər İmanovun
başçılıq etdiyi nümayəndə heyəti
Şimal paytaxtının Neva rayonundakı məktəbəqədər
təhsil müəssisəsinə - 84 nömrəli uşaq
bağçasına getmişdir. Burada diasporumuzun üzvləri
bağçanın kollektivi, valideyn və uşaqlarla
görüşmüşlər. Bildirilmişdir ki, bu uşaq
bağçasında azərbaycanlıların da
uşaqları tərbiyə olunur. Azərbaycan diasporu bağçaya hamilik etmək, həm
müstəqil şəkildə, həm də yerli hakimiyyət
və özünüidarə orqanları ilə sıx əməkdaşlıq
şəraitində bu
bağçanın hər cəhətdən nümunəvi
müəssisəyə çevirmək barədə qərar qəbul
etmişdir.
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 6.