Bakıda MDB-nin vergi-maliyyə təhqiqat məsələləri
müzakirə olunmuşdurAzərbaycan ilə Özbəkistan
arasında əlaqələr bir çox istiqamətlərdə, xüsusilə
də mədəniyyət sahəsində yüksək səviyyədədir
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov Daşkənddə səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Erteqin Salamzadə və Azərbaycan Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov ilə görüşmüşdür.
N.Abbasov Azərbaycan-Özbəkistan əlaqələrindən danışmış, ötən ilin sentyabrında Prezident İlham Əliyevin Özbəkistana, 2008-ci ildə isə Özbəkistanın dövlət başçısı İslam Kərimovun respublikamıza rəsmi səfərlərinin iki qardaş ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verdiyini bildirmişdir. Səfir demişdir ki, oktyabrın 25-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş "Azərbaycan və Özbəkistan mədəniyyətlərinin qarşılıqlı əlaqəsi" adlı elmi-praktik konfrans məhz Azərbaycan Prezidentinin Daşkəndə son səfəri zamanı imzalanmış sənədə uyğun olaraq keçirilmişdir.
E.Salamzadə konfransın təşkilinə görə səfirə təşəkkür etmiş, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bir çox istiqamətlərdə, xüsusilə də mədəniyyət sahəsində yüksək səviyyədə olduğunu demişdir. İ.İsrafilov teatrda aparılan islahatlardan danışmış, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin güclü inkişaf yoluna qədəm qoyduğunu bildirmişdir. Qonaqlar səfirliyə ulu öndər Heydər Əliyevin fəaliyyəti, Azərbaycanın incəsənəti və mədəniyyəti ilə bağlı kitablar hədiyyə etmişlər.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 7.