Beynəlxalq teatr festivalı başa
çatıb
Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, "Mədəniyyət və incəsənət Forumu" Fondu və "Özbəkteatr" Birliyinin təşəbbüsü ilə Daşkənddə keçirilən "Theatre. UZ/2011" Beynəlxalq teatr festivalı başa çatmışdır. Teatr bayramında Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin teatr kollektivləri iştirak etmişlər.
Festivalda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (AMDT) fransız dramaturqu Jan Koktonun "İnsan səsi" tamaşası ilə təmsil olunmuşdur.
Teatr bayramında elan edilmişdir ki, AMDT-nin kollektivi
festivalın diplomuna layiq
görülmüşdür.
Azərbaycan.- 2011.- 28 oktyabr.-
S. 8.