Türkiyə
Respublikasının Prezidenti zati-aliləri
cənab Abdullah Gülə
Hörmətli cənab Prezident!
Əziz qardaşım!
Dost və qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Türkiyənin hərtərəfli inkişafı, iqtisadi yüksəlişi onun regionda cərəyan edən proseslərdə artan rolu ilə müşayiət olunur. Biz Türkiyənin uğurlarına ürəkdən sevinir və bundan qürur hissi keçiririk.
Tarixi birliyimizdən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanan Azərbaycan-Türkiyə dövlətlərarası münasibətləri xalqlarımızın yekdil iradəsini əks etdirərək özünün ən yüksək səviyyəsi ilə seçilir.
Əminəm ki, zamanın sınaqlarından çıxmış dostluq və qardaşlığımız ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin, müttəfiqliyimizin və həmrəyliyimizin əbədi mənbəyi olaraq daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bayram sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 17 oktyabr 2011-ci il
Azərbaycan.- 2011.- 29 oktyabr.-
S. 1.