«Azərbaycan
Respublikası və İspaniya
Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar
üçün qısamüddətli viza rejiminin ləğv
edilməsi haqqında» Sazişin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında" 2011-ci il iyunun 16-da Madrid şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2011-ci il
Azərbaycan.- 2011.- 29 oktyabr.-
S. 1.