Goranboy rayonunun
Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının Goranboy rayonunun Cinli Boluslu kənd inzibati ərazi dairəsi tərkibindəki Cinli Boluslu kəndi Boluslu kəndi adlandırılsın və Cinli Boluslu kənd inzibati ərazi dairəsi Boluslu kənd inzibati ərazi dairəsi hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2011-ci il
Azərbaycan.- 2011.- 29 oktyabr.- S. 2.