Azərbaycan
Respublikasında Dövlət
Avtomatlaşdırılmış «Seçkilər» İnformasiya Sisteminin
yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 sentyabr tarixli 528 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında seçkilərin informasiya təminatını daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 sentyabr tarixli 528 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 671) 2-ci hissəsinin 1-ci bəndindən "öz nəzdində" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına təklif
edilsin ki, nəzdində olan İnformasiya Mərkəzinin
Komissiyanın Katibliyinin
tərkibinə keçirilməsi
ilə bağlı müvafiq tədbirlər görsün.
3. Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının nəzdində
olan İnformasiya Mərkəzi həmin Komissiyanın Katibliyinin tərkibinə daxil edildikdən sonra Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 29 oktyabr.- S. 2.