Azərbaycan Respublikası və Polşa Respublikası arasında 2011-ci il iyulun 25-də Bakı şəhərində imzalanmış sənədlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası və Polşa Respublikası arasında 2011-ci il iyulun 25-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiPolşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Naziri arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

1.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm NazirliyiPolşa Respublikasının Mədəniyyət və Milli İrs Naziri arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.-29 oktyabr.- S.  1.