2011-ci il iyunun 28-də Bakı
şəhərində imzalanmış «Azərbaycan
Respublikasının Daxili İşlər
Nazirliyi və Rusiya
Federasiyasının Daxili İşlər
Nazirliyi arasında əməkdaşlıq
haqqında Saziş»in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il iyunun 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 29 oktyabr.- S. 1.