Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 8.7-1-ci bənd əlavə edilsin:

“8.7-1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;”.

2. Aşağıdakı məzmunda 9.12-1-ci bənd əlavə edilsin:

“9.12-1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparmaq;”.

3. Aşağıdakı məzmunda 10.6-1-ci bənd əlavə edilsin:

“10.6-1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamaların qeydiyyatını həyata keçirmək;”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2011-ci il.

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S.  2.