Əli Həsənov:
Biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri,
bir mədəniyyətin daşıyıcılarıyıq
Biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıyıq.
AzərTAc xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin və Toplumların II Media Forumunda çıxışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsələr də, media sahəsində əməkdaşlıqda gecikiblər.
Türkdilli ölkələrin birgə media qurumunun yaradılmasının vacibliyini qeyd edən Əli Həsənov bildirmişdir ki, Azərbaycan müstəqilliyinin ilk illərindən torpaqlarının işğalı faktı ilə üzləşmiş və belə bir problemi o vaxtlar dünyaya lazımınca çatdıra bilməmişdir.
Ermənilərin qondarma iddia ilə Türkiyəni
dünyanın gözündən salmaq istədiklərini
bildirən Ə.Həsənov türkdilli dövlətlərin
birgə media qurumunun yaradılmasının vacibliyini vurğulamış
və demişdir ki, dünyanın informasiya siyasəti bəlli
dairənin əlində birləşmişdir.
Azərbaycan.- 2011.- 29 oktyabr.-
S. 4.