Türkdilli
ölkələrin media qurumlarının birgə tədbirlər
keçirməsi mühüm hadisədir
Türkdilli ölkələrin media qurumlarının birgə tədbirlər keçirməsi mühüm hadisədir.
AzərTAc xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçısı, Makedoniyada nəşr olunan "Yeni Balkan" türkdilli qəzetin redaktoru Mürteza Sulooca demişdir.
Qonaq vurğulamışdır ki, Türkdilli
Ölkələrin və Toplumların II Media Forumunda
türkdilli xalqların nümayəndələrini bir yerdə
görmək çox sevindirici haldır. Xüsusilə bu
ölkələrdən olan media qurumlarının bir yerdə
toplaşması gələcək iş birliyinin
yaradılmasına əlverişli şərait yaradacaqdır.
Azərbaycan.- 2011.- 29 oktyabr.-
S. 4.